image-1backend

ABŞ yardımı kəsərsə, biz müharibəni uduzarıq –  Zelenski

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ yeni prezident Donald Trampın dövründə Ukraynaya hərbi yardımı azaltmaq qərarına gəlsə, ölkə yəqin ki, müharibəni uduzacaq.

“Əgər azaldacaqlarsa, hesab edirəm ki, biz uduzacağıq. Təbii ki, istənilən halda mübarizəmizi davam etdirəcəyik. İstehsalımız var, amma mükəmməlliyə sahib olmaq kifayət deyil. Düşünürəm ki, bu, sağ qalmaq üçün kifayət deyil” – deyən Zelenski, “Ancaq bu, Amerikanın seçimidirsə, o zaman nə edəcəyimizə qərar verəcəyik”.

BBC xəbər verir ki, Trampın Rusiya prezidenti Putinə təsir edə biləcəyinə və müharibəni dayandıra biləcəyinə inanırmı sualına Zelenski qeyd-şərtlə müsbət cavab verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image