image-1backend

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

image-reklam_sirab_01

ABŞ yaxın bir neçə gün ərzində Ukraynaya hava hücumundan müdafiə (havadan müdafiə) sistemlərini də əhatə edən yeni yardım paketini açıqlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. 

“Əminəm ki, yaxın bir-iki gün ərzində siz prezident tərəfindən təsdiqlənən ABŞ-ın daha bir hərbi yardım paketini görəcəksiniz. Sözsüz ki, bu paketə Ukrayna üçün zenit sistemləri daxil olacaq”, – Kirbi mətbuat konfransında bildirib. 

Dekabrın 25-də Ağ Ev bəyan edib ki, ABŞ prezidenti səlahiyyətlərini icra edən Co Bayden Müdafiə Nazirliyinə Ukraynaya aktiv silah tədarükünü davam etdirmək barədə göstəriş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image