image-reklam-veteninfo
image-1backend

ABŞ Yaxın Şərq regionunda 12 hərbi gəmi cəmləşdirib- Washington Post

image-reklam-veteninfo

Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə və Livan şiə hərəkatı Hizbullahın komandiri Fuad Şükrün öldürülməsindən sonra bölgədə gərginliyin artması fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizi və Fars körfəzinə 12 döyüş gəmisi yerləşdirib.

Copied:

Nəticə yoxdur.

Vətəninfo.az xəbər verir ki,  bu barədə “The Washington Post” Pentaqondakı mənbəsinə istinadən yazır.Altı müşayiət gəmisi olan USS Theodore Roosevelt nüvə təyyarədaşıyan gəmisi Fars körfəzinin cənubunda, İran sahillərində yerləşir. Gəmilər husilərin ticarət gəmilərinə hücumları ilə üzləşdikləri Qırmızı dənizdən oraya yönləndirilib.Şərqi Aralıq dənizi bölgəsində, İsrail yaxınlığında, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmidən ibarət Wasp amfibiya desant qrupu fəaliyyət göstərir. Gəmilərdə 4000-dən çox dənizçi və matros var.Bundan əlavə, Amerikanın iki raket eskadrilya minaaxtaran gəmisi Aralıq dənizinin şərqində əməliyyat tapşırıqlarını yerinə yetirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki