image-1backend

ABŞ Yaxın Şərqi Türkiyəyə güzəştə getdi: Ankaranın son planı reallaşacaqmı?

image-reklam_sirab_01

61 illik Əsəd rejimi süquta ugradı. İndi dünyanın güc mərkəzləri Suriyanın bölüşdürülməsi üçün mübarizəyə başlayıb. Sözsüz ki, Suriyada Əsəd rejiminin süquta ugramasında əsas söz sahibi rəsmi Ankaradır. Artıq Qərb ölkələri və ABŞ bunu yaxşı anlayır. Türkiyə illərdir ki, ciddi qaçqın problemi ilə üz-üzədir. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bütün çıxışlarında Qərbə və ABŞ-a, eləcədə Rusiya və İrana səslənərək bu problemin həlli yolunun tapılmasına dəstək istəyirdi. Lakin Türkiyənin haqlı cağırışına cavab verən, dəstək duran olmadı. Ankara hətta rəsmi Dəməşqlə danışıqlara hazır olduğunu bir neçə dəfə bəyan etdi. Amma böyük güclər Bəşər Əsədin dialoqa gəlməsinə imkan vermədilər. Sonrakı cağırışlar da isə Bəşər Əsəd Türkiyənin ona uzadılmış əlini sıxmağı özünə sığışdırmadı. Onun bu eqosu hakimiyyətinin qırılma nöqtəsinə səbəb oldu. Türkiyə onun tərəfdaşlarının imdadına baxmayaraq, qətiyyətlə qarşısına qoyduğu planı həyata keçirdi. İndi regionda söz sahibi rəsmi Ankaradır. Artıq ABŞ-da da bunu anlayırlar.

ABŞ kəşfiyyatının keçmiş rəhbəri Riçard Qrenell Bayden administrasiyasını ağılsızlıqda günahlandırıb.

“Bayden Türkiyə ilə Suriyada baş verən xaosla bağlı birgə çalışacağını dilə gətirə bilmədi. 1952-ci ildən NATO müttəfiqi olan Türkiyəyə məhəl qoymamaq tamamilə axmaqlıqdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə xristianların və digər azlıqların müdafiəsində öz mövqelərini konkret olaraq sərgilədi”, – deyə o, bildirib.

Göründüyü kimi artıq Rusiya və İranı meydanda oyundankənar vəziyyətə salan Türkiyə artıq regionda əsas söz sahibinə çevrilib.

Bundan sonra nə baş verəcəyi isə olduqca maraqlıdır.

Yanvarın 22-də hakimiyyəti təhvil alacaq Donald Tramp Baydenin hansı səhvlərini düzəldə bilər? Görünən isə odur ki, elə Tramp Türkiyənin regionda güc mərkəzinə çevrilməsində maraqlıdır.

1. Suriyada iştirak edən və hərbi mövcudluğu olan ABŞ-ın əsas qlobal rəqibi olan Rusiya və İranı  Suriyadan sıradan çıxardı.
2.  ABŞ əsas düşməni hesab etdiyi Əsədi tamamilə yox etdi.

3. ABŞ Türkiyənin regionda gücünü artırmağa dəstək verməklə Ərəb ölkələrinin Türkiyənin təsir dairəsinə saldı.

İndi regionda Türkiyənin maraqları əsas rol oynayır. Türkiyə regionda güclənmək terroçular məsələsini birdəfəlik qapatmaq istəyir. Rəsmi Ankara bu planlarını ildırımsürətli gedişlə həyata keçirdə bilir. Artıq PKK/YPG terror təşkilatının da tam məhv edilməsi üçün son addımlar atılır.

Qoşqar Salmanlı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image