Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brus mətbuat konfransında, azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun İran və ya Rusiya Zəngəzur dəhlizinə mane olmağa çalışarsa, ABŞ-nin hansı addımlar atacağı haqda sualına belə cavab verib:
“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün çox önəmlidir”.
O, əlavə edib ki, Azərbaycan və Ermənistan Amerika ilə iqtisadi sazişlər imzalayıb və bu sazişlər ABŞ biznesi üçün yeni imkanlar yaradır. Brusun sözlərinə görə, Aİ, Fransa, Rusiya və Baydenin ABŞ-ni da daxil etdiyi səylərlə Ermənistan və Azərbaycan arasında sülh üçün çalışıblar, ancaq buna yalnız Tramp nail olub.
“Dünya bilir ki, Tramp münaqişələrin nə qədər davam etməsinə baxmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir”, – deyə, sözçü vurğulayıb.