image-1backend

Abşeronda Şəfəq qəsəbəsi yaradıldı – Prezident qanunu təsdiqlədi

image-reklam_sirab_01

Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Vətəninfo.az  xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

– Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.

– Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

– Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki