image-1backend

Abxaziya prezidenti istefa verdi- Seçkilər keçiriləcək

image-reklam_sirab_01

Abxaziya prezidenti Aslan Bjaniya və baş nazir Aleksandr Ankvab istefa veriblər. Vətəninfo.az  xəbər verir ki , bu barədə “İnterfaks” hakimiyyətlə müxalifət arasında aparılan danışıqlar nəticəsində imzalanmış protokola istinadən məlumat yayıb.

Abxaziya müxalifətinin liderlərindən biri Adqur Ardzinba “İnterfaks”a bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Dmitri Dbar da istefaya gedir.

Ardzinbanın sözlərinə görə, vitse-prezident Badra Qunba prezident səlahiyyətlərini icra edəcək, daha əvvəl bu vəzifəni icra edən Valeri Bqanba isə baş nazir vəzifəsini icra edəcək.

Öz növbəsində TASS xəbər verir ki, müxalifətlə hakimiyyət arasında səkkiz saatdan çox davam edən danışıqlardan sonra noyabrın 15-dən Suxumda hökumət binaları kompleksində olan nümayişçilər oranı tərk etməyə başlayıblar. 

Abxaziya parlamentinin sədri Laşa Aşuba ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb. 

Abxaziyada hakimiyyətlə müxalifət arasında qarşıdurma Rusiya ilə sərmayə sazişinə görə başlayıb. Noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxslərinin ölkədə investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin ratifikasiyası məsələsini müzakirə etməli idi. Deputatlar onun gündəliyini təsdiq edə bilmədiklərindən sessiya ləğv edilib. Müxalifət məsələnin tamamilə kənarda qalması üçün parlamentin yenidən çağırılmasını, həmçinin prezidentin istefasını tələb edib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image