Abxaziya hakimiyyəti Rusiya və Gürcüstanla sərhədlərə nəzarəti gücləndirib və Rusiya Federasiyasındakı vəziyyətlə əlaqədar kritik infrastruktur obyektlərini mühafizəyə götürməyi tapşırıb. Vətəninfo.az RİA Novosti istinadən xəbər verir ki, bu barədə vitse-prezident Badra Qunbanın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşünün yekunları üzrə Abxaziya prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Abxaziyanın Dövlət Təhlükəsizliyi Xidmətinə Enguri və Psou çayları boyunca sərhəd keçid məntəqələrində nəzarəti gücləndirmək və bütün mühüm infrastruktur obyektlərini mühafizə etmək tapşırılıb. Abxaziya Respublikasının Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə Rusiya Silahlı Qüvvələrinin 7-ci Hərbi Bazasının və Rusiya Sərhəd Xidmətinin Abxaziyadakı nümayəndələri ilə daimi əlaqə saxlamaq tapşırılıb. Daxili İşlər Nazirliyinə planlaşdırılan kütləvi tədbirlər zamanı da daxil olmaqla, ictimai təhlükəsizliyin qorunması üzrə kompleks tədbirləri operativ şəkildə gücləndirmək tapşırılıb.