image-1backend

Abxaziyada prezident seçkilərinin ikinci turu başa çatdı

image-reklam_sirab_01

Abxaziyada prezident seçkilərinin ikinci turu başa çatmış sayılır, çünki günün birinci yarısında əhalinin 43 faizi səsvermədə artıq iştirak edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Abxaziya Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Marçan məlumat verib.

O qeyd edib ki, artıq 62 min 852 vətəndaş səs verib.  Abxaziya prezidenti vəzifəsinə namizədlər birinci turda ən çox səs toplayan Badra Qunba (ölkənin vitse-prezidenti) və keçmiş iqtisadiyyat naziri, müxalif Abxaziya Xalq Hərəkatı Partiyasının lideri Adqur Ardzinbadır. Abxaziyada seçkilər seçici siyahılarına daxil edilmiş vətəndaşların ən azı 25 faizi seçkilərdə iştirak etdikdə baş tutmuş sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image