Afrika Birliyi ölkədə konstitusiya quruluşu bərpa olunana qədər Qabonun təşkilatın bütün fəaliyyətlərində iştirakını dayandırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurasının iclasının yekunları ilə bağlı yayılan məlumatda bildirilib.
“Qabonda hakimiyyətin prezident Ali Bonqo Ondimbanın devrilməsi ilə nəticələnən hərbi yolla ələ keçirilməsini qətiyyətlə pisləyirik” məlumatda deyilib.


























