Ruanda qoşunları Konqo Demokratik Respublikası ilə sərhədi keçərək onun ərazisinə daxil olublar. Vətəninfo.az Reuters istinadən xəbər verir ki, Ruanda hərbi birləşmələrinin Konqo təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum etdiyi güman edilir.
Sərhədi keçən hərbçilərin sayı qeyd olunmur.
Toqquşmalar zamanı mümkün qurbanlar barədə də məlumat yoxdur.
Daha əvvəl məlumat vermişdik ki, Niger az qala vətəndaş müharibəsi ərəfəsindədir, burada hərbçilər dövlət çevrilişi nəticəsində ölkə prezidentini devirərək hakimiyyət dəyişikliyi təşkil edib.
Həmin Afrika dövlətində də vəziyyət partlayıcıdır və çox narahatdır.


























