image-reklam-veteninfo
image-1backend

Ağ Ev  Amerika şirkətlərinə Çinə texnologiya satmağı qadağan etdi

image-reklam-veteninfo

Vətəninfo.az CNN-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bəzi Amerika şirkətlərinə Çinə strateji mallar satmağı qadağan edib.

Departament sözçüsü telekanala bildirib ki, ayrı-ayrı hallarda Ticarət Nazirliyi “işə baxılarkən mövcud ixrac lisenziyalarını dayandırıb və ya əlavə lisenziya tələbləri qoyub”.

Öz növbəsində, Financial Times öz mənbələrinə istinadən yazıb ki, Tramp administrasiyası yarımkeçiricilərin inkişafı üçün proqram təminatı təklif edən Amerika şirkətlərindən Çin şirkətlərinə xidmət satmağı dayandırmağı tələb edib.

Mənbələr bildiriblər ki, ABŞ Ticarət Departamenti “Cadence, Synopsys və Siemens EDA daxil olmaqla, elektron dizayn avtomatlaşdırma qruplarına Çinə texnologiya tədarükünü dayandırmaq” əmri verib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ticarət Nazirliyinin struktur bölməsi olan Sənaye və Təhlükəsizlik Bürosu müvafiq şirkətlərə məktublar şəklində göstərişlər göndərib.

Bundan əvvəl ABŞ administrasiyası çinli tələbələr üçün vizaların ləğv edildiyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki