image-1backend

Ağ Ev: ‘‘Co Bayden G7 sammitindә iştirak edәcәk’’

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden İtaliyada keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.

Vətəninfo.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Co Bayden 13-15 iyun tarixlərində İtaliyanın Apuliya bölgəsində keçiriləcək G7 sammitinə qatılacaq.

Sammitdә Qәzzada atәşkәsin tәmin edilmәsi mәsәlәsi ilә Ukraynaya verilәn dәstәyin qiymәtlәndirilәcәyi bildirilib.

Co Baydenin sammit çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşəcəyini bildirən Ağ Ev ABŞ-ın Rusiyaya qarşı Ukraynaya güclü dəstəyini davam etdirəcəyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki