image-1119808backend

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb

image-reklam_sirab_01

Birləşmiş Ştatlar amerikalıları həbs etdiyinə görə İran rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır və bu tədbirin artıq başlanmış məhbus mübadiləsini pozmayacağına inanır.

Vətəninfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi bildirib.

CNN telekanalının məlumatına görə, İranın Kəşfiyyat Nazirliyi və keçmiş prezidenti Mahmud Əhmədinejada qarşı sanksiyalar tətbiq olunacaq.

“Onlar (sanksiyalar) Amerika vətəndaşlarının İranda qanunsuz saxlanması ilə bağlıdır”, – Kirbi telekanala müsahibəsində bildirib.

O təsdiq edib ki, İran sentyabrın 18-də eyni sayda İran vətəndaşı və 6 milyard dolların dondurulmaması müqabilində beş amerikalını azad edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki