image-1backend

Ağ Ev:”Maduro müxalifətin qələbəsini tanımalıdır”

image-reklam_sirab_01

ABŞ administrasiyası hesab edir ki, Venesuela prezidenti Nikolas Maduro ölkədə iyulun 28-də keçirilən prezident seçkilərində ifrat sağçı müxalifət namizədi Edmundo Qonzales Urrutiyanın qələbəsini tanımalıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer növbəti brifinqdə bildirib.

“Venesuela xalqının əksəriyyətinə, ABŞ-a və getdikcə artan ölkələrə tamamilə aydındır ki, Venesuellanın Milli Seçki Şurası Edmundo Qonzales Urrutiyanın qalib gəldiyini göstərən tam səslərin hesablanması məlumatını təqdim etməyib.

“Maduro bunu qəbul etməli və Venesuelanın seçki qanunlarına və xalqın istəklərinə uyğun olaraq demokratik normaları dinc yolla bərpa etmək üçün müxalifətlə konstruktiv, hərtərəfli dialoqa başlamalıdır”, – Ağ Evin sözçüsü bildirib.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının elan etdiyi kimi, protokolların demək olar ki, 97%-i işləndikdən sonra vətəndaşların 51,95%-i hazırkı prezident Nikolas Maduroya, 43,18%-i isə onun əsas rəqibi Edmundo Qonzales Urrutiaya səs verib.

Müxalifət liderlərindən Mariya Korina Maçado seçki günü Qonzalesin komandasının seçkilərdəki məğlubiyyəti ilə barışmaq fikrində olmadığını bildirib. Rusiya, Boliviya, Honduras, İran, Çin, Kuba və Nikaraqua Maduronu qələbə münasibətilə təbrik ediblər.

Eyni zamanda, Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, ABŞ, Uruqvay və Çili də daxil olmaqla, bir sıra ölkələr hazırkı prezidentin yenidən seçilməsini tanımayıb. Venesuela hakimiyyəti bu ölkələrdən diplomatlarını geri çağırdıqlarını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki