image-7backend

Ağ Ev rəsmisi İranda “Əxlaq” polisinin geri qayıtmasına reaksiya verib 

image-reklam_sirab_01

“İran xalqının öz geyimlərini seçmək hüququ var!”
Vətəninfo.az xəbər verir ki , bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
İran xalqının qərar vermək və qadınlarının geyimlərini seçmək hüququnu müdafiə edən Kirbi bildirib:
“İran xalqı indi özü qərar verə və qadınlar öz geyimlərini sərbəst seçə bilməldir, ABŞ da İslam Respublikasına daha çox təzyiq göstərməlidir”.
“Məhsa Əmininin (ötən il “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) qətlə yetirilməsindən və xalq etirazlarından sonra, İran xalqı indi öz qərarlarını verməlidir”- deyə, Con Kirbi əlavə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki