image-9backend

Ağ Ev: “Rusiya İrandan daha çox zərbə dronu almağa çalışır”

image-reklam_sirab_01

Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mətbuat konfransında bildirib ki, Rusiya daha əvvəl İrandan aldığı 400 ədəd “Şahed” kamikadze dronlarının əksəriyyətini istifadə etdikdən sonra indi Tehrandan yeni PUA-lar almağa çalışır.

Vətəninfo.az xəbər verir ki,  onun sözlərinə görə, İran həmçinin Rusiyadan daha çox hərbi, o cümlədən döyüş helikopterləri, radarlar və “Yak-130” tipli döyüş təlim təyyarələri almağa çalışır.
Ağ Ev rəsmisi deyib ki, Rusiyanın Ukrayna ərazisindəki hədəflərə hücum etmək üçün həmin dronlardan istifadə edəcəyinə inanmaq üçün bir neçə əsas var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki