Tramp bu gün Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək – Sülh sazişi elan oluna bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Washington Post yazıb.
Washington Post nəşriyə istinadən verilən məlumata görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək.
Mənbələrin bildirdiyinə görə, görüş zamanı tərəflərin sülh sazişini elan etməsi istisna olunmur. Görüşün əsas məqsədi uzunmüddətli münaqişəyə son qoymaq və Cənubi Qafqazda sabitliyi təmin etməkdir.