image-reklam-veteninfo
image-1backend

Ağ Evin keçmiş mətbuat katibi “Fox News”də aparıcı olacaq

image-reklam-veteninfo

Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Levitt noyabrın 1-dən etibarən ABŞ-nin “Fox News” telekanalında şərhçi kimi fəaliyyətə başlayacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə “FOX News Media”nın baş direktoru Süzan Skott məlumat verib.

Skott bildirib ki, Levitt müasir siyasi prosesləri yaxşı anlayır və “FOX News Media”nın bütün platformalarında auditoriyaya analitik materiallar təqdim edəcək.

Kerolayn Levitt isə Ağ Evin mətbuat katibi vəzifəsində qazandığı təcrübə və baxışlarını “Fox News”un milyonlarla izləyicisi ilə bölüşmək imkanını səbirsizliklə gözlədiyini qeyd edib.

29 yaşlı Levitt Donald Trampın ikinci prezidentlik müddətində – 2025-ci ilin yanvarından 2026-cı ilin avqustuna qədər Ağ Evin mətbuat katibi vəzifəsini tutub. O, bu vəzifəyə təyin edilən ABŞ tarixinin ən gənc şəxsi olub.

Levitt bundan əvvəl Trampın seçki kampaniyasına qoşulmazdan öncə “MAGA Inc.” təşkilatının mətbuat katibi kimi fəaliyyət göstərib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki