image-reklam-veteninfo
image-indir-1backend

Ağ Evin sökülməsi zamanı çəkilmiş video və şəkillərin yayılması qadağan edilib

image-reklam-veteninfo

ABŞ Maliyyə Nazirliyi Ağ Evin Şərq Qanadında aparılan təmir işləri zamanı çəkilmiş foto və videoların internetdə yayılmasının qarşısını almaq məqsədilə işçilərinə belə görüntüləri çəkməməyi və ya yaymamağı tövsiyə edib. Vətəninfo.az xəbər verir ki,  bu barədə məlumatı The Wall Street Journal (WSJ) yayıb.

Təmir işləri ABŞ Prezidenti Donald Trampın bal zalının tikintisi ilə bağlı göstərişi əsasında həyata keçirilir. Ağ Evin Şərq Qanadı Xəzinədarlıq Departamentinin baş ofisinə yaxın yerləşdiyindən, belə görüntülərin yayımı yalnız İctimaiyyətlə Əlaqələr İdarəsinin icazəsi ilə mümkündür.

Daha əvvəl Washington Post qəzeti xəbər vermişdi ki, tikinti briqadaları Trampın mövcud struktura zərər verilməyəcəyi ilə bağlı verdiyi vədə baxmayaraq, bal zalının inşası üçün Ağ Evin bir hissəsini sökməyə başlayıblar.

Layihənin ilkin dəyəri Prezident Tramp tərəfindən 200 milyon dollar kimi qiymətləndirilsə də, sonrakı hesablamalarda bu məbləğ 250 milyon dollara çatdırılıb. Yeni bal zalında 650 nəfərə qədər yer nəzərdə tutulur ki, bu da hazırkı Şərq otağının tutumundan üç dəfə çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki