image-reklam-veteninfo
image-1backend

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb,20 nəfər xəsarət alıb

image-reklam-veteninfo

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki