image-img-20250120-wa0043backend

Agentlik Gəncədə işlərə start verir

image-reklam_sirab_01

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakı  şəhərində yollarda və müxtəlif ərazilərdə həyata keçirdiyi nişanların vurulması prosesini Gəncə şəhərində də həyata keçirəcək. Buna səbəb Gəncənin Üçüncü MDB İdman Oyunlarına ev sahibliyi etməsidir.

Məlumata görə, Üçüncü MDB İdman Oyunları üçün əsasən 14 şəhər seçilib.  Əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq.
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda bu nişanların hazırlanması və yerləşdirilməsi üçün elan etdiyi tenderin qalibi olan şirkəti, Gəncə şəhərinində də bu işi həyata keçirmək üçün məlumatlandırıb. Məlumata görə artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında adı açıqlanmayan şirkət işlərə başlayıb və fevralın ikinci on günlüyündə Gəncədə bu nişanların yerləşdirilməsi prosesinə start verəcək.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image