image-11backend

Ağrı dağının qar örtüyü 40% azalıb

image-reklam_sirab_01

Heç kimə sirr deyil ki, iqlim dəyişikliyi təbiətə mənfi təsir göstərir. Temperatur yüksəlir, nəticədə ərazilərin qar örtüyü əriyir.

Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, İqlim dəyişikliyi Ağrı dağına da mənfi təsir göstərir.
Araşdırmalar aparılıb, nəticədə Ağrı dağının qar örtüyünün 40% azaldığı məlum olub.

Qeyd olunur ki, 1987-ci ildə dağın qar örtüyü 8,42 km² ərazini tuturdu və artıq 2022-ci ildə o, demək olar ki, yarıbayarı (4,96 km²) azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki