image-7backend

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Ana tarla” tamaşası nümayiş olunub – FOTOLAR

image-reklam_sirab_01

Bakı Bələdiyyə Teatrının təqdim etdiyi tamaşa görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun eyni adlı povestinin motivləri əsasında hazırlanıb.

Xalq artisti Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi və qurulşçu rejissoru olduğu tamaşa doğma yurda və torpağa sadiq olan sadə insanlardan bəhs edir, İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.

Tamaşaçılar sırasında Ağstafa RİH başçısı Seymur Orucov, millət vəkili Azər Əmiraslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yer alıblar.

Tamaşanın süjet xətti, aktyorların canlandırdığı obrazlar ağstafalılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tamaşanın sonunda izləyicilər tərəfindən aktyorlara gül dəstələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki