image-reklam-veteninfo
image-img-20250514-wa0038backend

Ağstafada məktəblərarası intellektual bilik yarışının qalibləri təltif olunublar – FOTOLAR

image-reklam-veteninfo

Seymur Orucov Ağstafa RİH-in “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Təbirlər Planına uyğun olaraq keçirilən intellektual yarışın qalib komandaları ilə görüşüb, onları Fəxri Fərman və hədiyyələrlə təltif edib. Tədbirdə RİH başçısının müavinləri, aidiyyəti üzrə məsul şəxslər, qalib komandaların üzvləri iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa rayonu üzrə Təhsil sektoru və Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə baş tutan intellektual yarışın yekun nəticələrinə əsasən Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin “Qızılhacılı” komandası 1-ci, Poylu kənd tam orta məktəbin “Aşağı Əksipara” komandası 2-ci və Poylu qəsəbə tam orta məktəbin “Zirvə” komandası 3-cü yerə layiq görülüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki