image-reklam-veteninfo
image-img-20251008-wa0108backend

Ağstafada şair Həmid Abbasın 90 illik yubileyi qeyd olundu- FOTOLAR 

image-reklam-veteninfo

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilaçılığı ilə keçirilən yubiley tədbirində Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin yaxınları, şəhid ailələrinin üzvləri, eləcə də digər bölgələrdən təşrif buyurmuş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü ziyarət olunub.
Tədbir iştirakçıları Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablardan ibarət sərgini tamaşa ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçən yubiley tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, şairin qardaşı Teyyub Abbasov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisinin” sədri şair Saqif Qaratorpaq, rayon ağsaqqalı Gülgün Kərimov, şair Rəfail İncəyurd, AYB Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və şairin qardaşı oğlu Rafiq Abbasov Həmid Abbasın həyat və fəaliyyəti haqqında geniş danışdılar.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri Həmid Abbasın şerlərini və sözlərinin müəllifi olduğu mahnıları ifadə etdilər.
Məlumat üçün qeyd edək ki, Həmid Məmmədəli oğlu Abbasov 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərinformda tərcüməçi şagirdliyindən başlamış, ədəbi işçi, səyyar müxbir, tərcüməçi, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru və bu sahədə bir sıra yüksək vəzifələri icra etmişdir. Onun şerlərinə mahnılar bəstələnmişdir. “Tarla qızları” adlı ilk şerlər toplusu “A.Həmid” təxəllüsü ilə çapdan çıxmışdır. Azərbaycan KPMK-da işlədiyi illərdə təbliğat və təşviqat şöbəsinin təlimatçısı (1970-1974) təşkilat –partiya işi şöbəsinin inspektoru (1974-1977) və təşkilat partiya işi şöbəsi müdirinin müavini (1977-1981) olmuşdur. 1978-ci ildə Ali Partiya Məktəbini fərqlənmə diploma ilə bitirmişdir. 1981-ci ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri vəzifəsində işləmişdir. ”Şərəf nişanı” ordeni və müvafiq medallarla təltif olunmuşdur. O, 1999-cu il noyabrın 19-da Bakı şəhərində vəfat etmişdir.

image-img-20251008-wa0115 image-img-20251008-wa0114 image-img-20251008-wa0113 image-img-20251008-wa0112 image-img-20251008-wa0111 image-img-20251008-wa0110 image-img-20251008-wa0109 image-img-20251008-wa0108


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki