image-reklam-veteninfo
image-img-20250904-wa0176backend

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgər kənd yaşayış məntəqəsində keçirilib

image-reklam-veteninfo

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi, insanların sosial həyatının yaxşılaşdırılması və məmnunluğunun artırılması kimi amillər dayanır. Bu gün də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən prioritet istiqamətlərindəndir.
Səyyar qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

image-img-20250904-wa0176-1 image-img-20250904-wa0180 image-img-20250904-wa0179 image-img-20250904-wa0178 image-img-20250904-wa0177 image-img-20250904-wa0176


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki