Ağstafa rayonunun Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimiz Ədalət Polad oğlu Əkbərovun anası yaşadığı ünvanda ziyarət olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə Kübrə anaya baş çəkib, onun səhhəti və ailənin qayğıları ilə maraqlanıb. Ailənin üzvləri şəhid ailələrinin, qazilərin hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar olmasını, xalqımızın uzun illərdir həsrətində olduğu sülh və əmin-əmanlığına qovuşmasını Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsinin bariz nümunəsi olduğunu bildiriblər.
Allahdan ən ali qürur mənbəyimiz olan şəhidlərimizə rəhmət diləyir, onların Vətənə əmanət etdiyi doğmaları üçün firəvan ömür arzu edirik!



























