image-1backend

Ağstafanın icra başçısı qol güləşi üzrə qalibləri mükafatlandırdı – FOTOLAR

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan mərasimdə Seymur Orucov, məsul şəxslər, şəhidin qızı Nəcmiyyə Sədizadə və idmançıalr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı birinciliyin qaliblərini təbrik edib, dövlətimiz tərəfindən, o cümlədən Ağstafa rayonunda idman sahəsinə göstərilən yüksək diqqət və qayğıdan söz açaraq idmançıları ölkəmizi hüdudlarından kənarda da təmsil edərək müqəddəs Bayrağımızı zirvələrə qaldırmağı arzu edib.
Şəhidin qızı və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev çıxışlarında ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qyağıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Ağstafa RİH başçısı müxtəlif yaş qrupları üzrə qaliblərə müvafiq diplom və medalları təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki