image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-27-58_35b429aebackend

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova “Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu 2025”də çıxış edib

image-reklam-veteninfo

5 oktyabr 2025-ci il tarixində keçirilən “Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu 2025” elmə və maarifə sədaqətin, müəllim həmrəyliyinin təntənəsinə çevrildi. Təhsil İşçilərinin Həmrəyliyi Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, təhsil ekspertləri, QHT rəhbərləri, müxtəlif bölgələrdən müəllimlər və maarif ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində təhsil sahəsində dövlət siyasətinin prioritet istiqamətləri, müəllim nüfuzunun qorunması, peşəkar inkişafın təşviqi və təhsil mühitində psixoloji rifahın gücləndirilməsi məsələləri müzakirə olunub.
Çıxış edən Vüsalə Əmiraslanova müəllimlərin psixoloji dayanıqlığının və emosional rifahının tədris keyfiyyətinə, həmçinin ümumi təhsil mühitinə təsirindən danışıb. O, müəllimin təkcə bilik ötürən deyil, eyni zamanda şəxsiyyət formalaşdıran və cəmiyyətin mənəvi dayağını yaradan bir missiya daşıdığını vurğulayıb.
Vüsalə Əmiraslanova, həmçinin, müəllimlərdə emosional tükənmə hallarının qarşısının alınması, stressin idarə olunması və sağlam psixoloji iqlimin yaradılması istiqamətində praktik tövsiyələrini paylaşaraq təhsil işçilərinin peşəkar və fərdi inkişafında psixoloji dəstəyin roluna diqqət çəkib.
Forum səmimi atmosferdə keçib, iştirakçılar tərəfindən yüksək dəyərləndirilib və Azərbaycan müəlliminin həmrəyliyinə ithaf olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki