image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-29-20_cffa0633backend

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq-təlimçi Vüsalə Əmiraslanovanın rəhbərliyi ilə “Ahəng Qadın Klubu”nun növbəti görüşü Anım Gününə həsr olunub

image-reklam-veteninfo

27 sentyabr — Anım Günü münasibətilə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Ahəng Qadın Klubu”nun növbəti görüşü şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu dəfəki görüşün məhz Anım Gününə təsadüf etməsi dərin mənəvi məna daşıyıb. Tədbirdə şəhid anaları, şəhid qızları və xanımlar iştirak edərək həm birliyə, həm də milli həmrəyliyə örnək olan duyğulu bir atmosfer yaradıblar.
Tədbiri açan psixoloq-təlimçi Vüsalə Əmiraslanova bildirib ki, Anım Günü təkcə kədər və itki günü deyil, eyni zamanda qəhrəmanlarımızın ailələrinə sevgi, diqqət və sayğı göstərməyin, onların mənəvi dayanıqlığını gücləndirməyin günüdür.
O, qeyd edib ki, “Ahəng Qadın Klubu” qadınların psixoloji rifahının, sosial fəallığının və mənəvi gücünün artırılması məqsədilə fəaliyyət göstərir. Xüsusən də şəhid ailələrinin psixoloji reabilitasiyası və emosional dəstək prosesi klubun əsas istiqamətlərindən biridir.
Görüş zamanı qadınlar paylaşım dairəsində öz duyğularını bölüşüb, birlik və dəstək ruhu ilə bir-birinə mənəvi dayaq olublar. Meditasiya və rahatlaşdırıcı psixoloji məşğələlər tədbirə sülh və iç rahatlığı ab-havası qatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki