image-1backend

Aİ-də Avropa Parlamentinə seçkilər başlayır

image-reklam_sirab_01

Avropa İttifaqında iyunun 9-u daxil olmaqla, Avropa Parlamentinə (AP) seçkilər iyunun 6-da başlayacaq. Bu barədə Vətəninfo.az  “İnterfaks”a istinadən xəbər verir.

İyunun 6-da Hollandiyada, 7-də İrlandiyada, 8-də Latviyada, Maltada, Slovakiyada seçkilər keçiriləcək. Çexiya iki gün, 7 və 8 iyun, İtaliya isə 8 və 9 iyunda səs verəcək. İyunun 9-da Aİ-nin digər dövlətlərində seçkilər keçiriləcək.

370 milyondan çox Avropa vətəndaşı Avropa Parlamentinə 720 üzv seçmək üçün 27 Aİ ölkəsində səsvermə hüququna malikdir.

Seçkilər bir turda keçiriləcək. Səsvermə siyasi partiyalar və ya koalisiyaların irəli sürdüyü namizədlərin tam siyahıları ilə keçirilir. 5 faiz səs toplaya bilməyən siyahılar AŞ-dən keçmir.

Avropa Parlamentinin yeni tərkibinin ilk nəticələri iyunun 9-da, Brüssel vaxtı ilə saat 20:15-20:30 radələrində açıqlanacaq. İlkin nəticələrin saat 23:15-23:30 arasında olacağı gözlənilir.

Avropa Parlamentinin plenar iclasının iyulun 16-19-da Strasburqda keçirilməsi planlaşdırılır. Seçilmiş deputatlar siyasi fraksiyalar təşkil edəcək, Avropa Parlamentinin rəhbərliyi seçiləcək və digər təşkilati vəzifələr bölüşdürüləcək.

Bunun ardınca Aİ ölkələrinin və Avropa Parlamentinin liderləri tərəfindən Avropa Komissiyasının (AK) sədrinin seçilməsi və 27 Avropa komissarı ilə AK İcraiyyə Şurasının formalaşdırılması nəzərdə tutulur.

Avropa Komissiyasının rəhbəri vəzifəsinə seçilmək üçün namizəd ilk növbədə Aİ-nin 27 ölkəsinin liderlərinin ixtisaslı əksəriyyətinin dəstəyini almalıdır. Bundan sonra o, Avropa Parlamentinin 720 yeni üzvündən ən azı 361 səs toplamalıdır.

Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Leyen artıq ikinci prezident mandatı almaq istəyini açıqlayıb. Martın əvvəlində Avropa Parlamentində ən böyük fraksiyaya malik sağ mərkəzçi Avropa Xalq Partiyası assambleya zamanı onun ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki