image-reklam-veteninfo
image-1backend

Aİ-nin sabiq ali nümayəndəsi Federika Mogerini sərbəst buraxılıb

image-reklam-veteninfo

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Mogerini dekabrın 2-də Brüsseldə saxlanıldıqdan sonra bu gün sərbəst buraxılıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə AGI agentliyi məlumat yayıb.

Mogerini Belçikada Avropa İttifaqı qurumlarında korrupsiya, vəsaitin mənimsənilməsi və digər şübhəli hallarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı. O, 2020-ci ildən etibarən Avropa Kollecinin rektoru vəzifəsini icra edir.

Qeyd edək ki, polis Aİ diplomatik xidmət korpusuna, Avropa Kollecinə və Mogerinin şəxsi evlərinə axtarışlar həyata keçirib. Araşdırmanın məqsədi Aİ-nin strukturlarında mümkün korrupsiya və vəsait mənimsəmə hallarını müəyyən etməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki