image-reklam-veteninfo
image-1backend

Aİ Rusiya banklarına və neftinə qarşı yeni sanksiyalar hazırlayır

image-reklam-veteninfo

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı bir sıra Rusiya banklarına və enerji şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, sanksiyalar Rusiyanın ödəniş və kredit kartları sistemlərinə və kriptovalyuta birjalarına şamil oluna bilər. Bundan əlavə, Rusiya neft ticarətinə əlavə məhdudiyyətlər də müzakirə edilir.

Bloomberg mənbələrinin məlumatına görə, Avropa İttifaqı yeni sanksiyaların ABŞ-la razılaşdırılacağını gözləyir. Associated Press-in məlumatına görə, məhdudlaşdırıcı tədbirlərin müzakirəsi sentyabrın 8-də Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sullivanın rəhbərlik etdiyi Avropa nümayəndə heyəti ilə ABŞ Maliyyə Nazirliyinin rəhbərliyi arasında keçiriləcək danışıqların mövzularından biri olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki