image-1backend

Aİ Rusiya və Belarus kənd təsərrüfatı məhsullarına gömrük haqqını yüksəltdi

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Belarusdan idxal olunan taxıl və digər kənd təsərrüfatı məhsullarına yüksək gömrük rüsumları tətbiq etmək qərarına gəldi.

Aİ Şurası üzv ölkələrin Rusiya və Belarusdan idxal edilən taxıl məhsullarına yüksək gömrük rüsumlarının tətbiq edilməsini nəzərdə tutan qərar qəbul etdiyini açıqlayıb.

Məlumatda bildirilir: “Aİ ölkələrinin Rusiya və Belarusdan alacaqları taxıl, yağlı bitkilər və onların törəmə məhsullarına qoyulacaq vergilər bu məhsulların idxalını dayandıracaq səviyyəyə çatdırmalıdır. Tədbirlər Aİ taxıl bazarında sabitliyin pozulmasının qarşısını almaq, Rusiyanın Ukrayna ərazisində istehsal olunan taxılın qeyri-qanuni ixracını dayandırmaq kimi məqsədlər daşıyır”.

Açıqlamada o da bildirilib ki, “Görüləcək tədbirlər birbaşa Rusiya və Belarusdan Aİ-yə ixracla bağlıdır və Aİ vasitəsilə üçüncü ölkələrə tranzitə aid deyil”.

Yeni qaydalar Aİ-nin rəsmi qəzetində dərc edildikdən sonra iyulun 1-dən qüvvəyə minəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki