Vətəninfo.az xəbər verir ki, dünən Avropa İttifaqı ölkələrinin xarici işlər naziriləri Yaxın Şərqdə artan münaqişələri, habelə Rusiyaya qarşı Ukraynaya dəstək üçün yeni tədbirləri nəzərdən keçirmək məqsədilə bir araya gəlib və İrana qarşı yeni sanksiyaları təsdiqləyiblər.
Məlumata görə, sanksiyalara İranın ballistik raketlərini və digər silahları Ukrayna müharibəsində Rusiyaya ötürən İran şirkətləri və şəxslər daxildir.
Bildirilib ki, Avropa İttifaqı ümumilikdə İranın 14 şirkətinə və şəxsinə sanksiyalar tətbiq etdiyini açıqlayıb. (Radio Farda)