image-reklam-veteninfo
image-1backend

Aİ Ukraynaya  20 milyard avro dəyərində yeni hərbi yardım ayırır –  Szijjarto

image-reklam-veteninfo

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır və Macarıstan belə planlara qarşı çıxacaq . Vətəninfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ tərəfdaşları ilə görüş üçün Brüsselə gələrkən bildirib .

” Brüsseldə hərbi əməliyyatları dəstəkləyən mövqe üstünlük təşkil etməkdə davam edir ” . Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında Ukraynaya azı 20 milyard avro dəyərində maliyyə yardımı paketi hazırlanır . ” Biz özümüzü bu işə sürükləməyə imkan verməyəcəyik və macar vergi ödəyicilərinin pullarının Ukraynaya silah tədarükü üçün istifadə edilməsi qəbuledilməzdir ” deyə Szijjarto Facebook – da yazıb .

Nazirin qeyd etdiyi kimi, Macarıstan əvəzində Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya və ABŞ arasında dinc danışıqların tərəfdarıdır. O əlavə edib ki, “son üç ildə sülhə ümid heç vaxt indiki qədər yaxın olmayıb, ona görə də Brüsselin sülh danışıqlarını qeyri-mümkün etmək niyyəti qəbuledilməzdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki