Aİ Şurasının açıqlamasında bildirilir ki, Aİ Ukraynaya əlavə 8,3 milyard avro ayırmaq öhdəliyi götürüb və ilin sonuna qədər bu vəsaiti Kiyevə ayırmaq üçün paketi təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, sənəddə deyilir: “Aİ Şurası Ukraynaya Dəstək Proqramını iddialı islahatlar üçün yol xəritəsi kimi təsdiqləyib. Kiyev Ukrayna Alətindən yeni ayırmalar almadan əvvəl onları həyata keçirməlidir. Bu qərar 2026-cı il üçün əlavə 8,3 milyard avro maliyyələşdirməni nəzərdə tutur”.
Sənəddə vurğulanır ki, Brüsselin tələbləri arasında “korrupsiya ilə mübarizə” və Ukraynada sözdə qanunun aliliyi sahələrində yeni islahatlar da var.


























