Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlər, Ukraynaya təxminən 4,1 milyard avro maliyyə dəstəyi göndərilməsini təsdiqləyib. Avropa İttifaqı Şurası, Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq maliyyə dəstəyi çərçivəsində ikinci müntəzəm ödənişin üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Maliyyə yardımı ilə Aİ, Ukraynanın makromaliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyəcəyini, həmçinin Ukraynanın təxminən 4,1 milyard avro dəyərində vəsait əldə etmək üçün lazımi şərtləri və islahatları yerinə yetirdiyini bildirib. Açıqlamada, Ukraynanın çətin maliyyə dövründə olduğu xatırladılaraq, bu vəsaitin ən qısa zamanda ayrılacağı vurğulanıb.