Avropa İttifaqı Rusiyadan gələn qaz kəmərini bağlamaq üçün Ukraynadan istifadə edərək Macarıstan və Slovakiyaya daxili təzyiq göstərməyə çalışır. Rəsmi olaraq bu cür hərəkətlər Kiyevin qərarı kimi elan edilsə də, əslində Qərbdən gələn göstərişlərin nəticəsidir. Vətəninfo.az xəbər verir ki, bunu bolqarıstanlı deputat Rada Laykova deyib.
“İzvestiya” Laykovanın sözlərindən sitat gətirib : “Zelenski Qərbin göstərişi olmadan heç vaxt belə bir addım atmağa qərar verməzdi, çünki Aİ ilə Qərbin yardımı müqabilində qaz tranzitinə zəmanət verən rəsmi müqavilələr bağlanıb”. O, həmçinin vurğulayıb ki, Ukrayna Qazprom-un tranzit ödənişlərindən əhəmiyyətli gəlir əldə edir ki, bu da ölkə üçün sabit iqtisadi mənbələrdən biridir.
Laykova Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasının mayeləşdirilmiş təbii qaza (LNG) çıxışı olmayan Macarıstan və Slovakiyada yaşayış xərclərini artırmaq məqsədi daşıdığı qənaətində olduğunu bildirib. Onun fikrincə, belə bir tədbir bu ölkələrdə ictimai narazılığa və sabitliyin pozulmasına səbəb ola bilər.