image-1backend

Airbus şirkəti yeni pilotsuz uçuş aparatını təqdim etdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Berlində keçirilən aviasiya və aerokosmik sərgidə Airbus şirkəti Wingman adlı ən yeni pilotsuz uçuş aparatını təqdim etdi. Hava üstünlüyünə nail olmaq üçün bütün lazımi vasitələrlə təchiz edilmişdir. Bu konsepsiya ona görə dəyərlidir ki, zərurət yarandıqda havada üstünlük əldə etmək üçün lazımi aviasiya parkına malik olmayan ölkələr üçün nisbətən qısa müddətdə hərbi-aviasiya qüvvələrini doldurmağa imkan verəcək.

Wingman, mütəxəssislərin fikrincə, son dərəcə təhlükəli və insan həyatı bahasına başa gələ biləcək vəzifələri yerinə yetirməyə imkan verəcəkdir. Bu dronun köməyi ilə mütəxəssislərin fikrincə, hərbçilərin həyatını xilas etmək mümkün olacaq. PUA kəşfiyyat və hücum əməliyyatları həyata keçirə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki