30 sentyabrda ana müxalifətdəki Albaniya Demokratik Partiyası (PD) millət vəkillərinin eyni partiyadan həmkarları Ervin Salianjinin həbs cəzası almasına etiraz etməsilə başlayan gərginlik bu gün yenidən məclisə hakim oldu.
Məclisin təhlükəsizlik xidməti cəza alan müxalifət millət vəkillərinin salona girişinə icazə vermədi.
Bunun ardınca iclas öncəsində baş məclis zalının xaricində gərginlik yaşandı. Əvvəlki iclasda uzaqlaşdırma cəzası alan PD millət vəkilləri ilə məclisin təhlükəsizlik xidməti işçiləri arasında toqquşma baş verdi.
Müxalifət millət vəkilləri bəzi nazirlərin və iqtidardakı Albaniya Sosialist Partiyası (PS) millət vəkillərinin Məclisə girişinə mane oldular.
Çöldə yaşanan gərginlik zamanı PD nümayəndələri bəzi manekenləri yandıraraq kiçik çaplı yanğına səbəb oldular.
Gərginliyə baxmayaraq, Albaniya Milli Məclisi iclası PS millət vəkillərinin iştirakı ilə baş tutdu və təxminən yarım saat davam etdi.
Parlamentdə 30 sentyabrda da toqquşma yaşanmış, müxalifət millət vəkilləri binanın qarşısında oturacaqlarını yandırmışdılar.
Bu çərçivədə 3-nə 2 aylıq, 20-nə 40 günlük və birinə isə 10 günlük olmaqla ümumilikdə 24 müxalifət millət vəkilinə məclis işlərindən uzaqlaşdırılma cəzası verilmişdi.
Gərginlik PD millət vəkili Salianjinin 26 sentyabrda 2024 tarixində “yalan xəbər vermə” ittihamı ilə bir il həbs cəzasına məhkum olunmasının ardından millət vəkilliyinin ləğv edilməsiylə yaşanmışdı.
Salianji bir neçə il əvvəl dönəmin Daxili işlər naziri Fatmir Xhafanın qohumlarının narkotik qaçaqmalçılığına qarışdıqlarını iddia edən saxta səs yazısı yaymaqda ittiham olunmuşdu.