image-reklam-veteninfo
image-timthumb-2backend

Albaniya parlamentində tüstü bombası qalmaqalı: Müxalifət deputatları iclası iflic etdi

image-reklam-veteninfo

Albaniyada müxalifət deputatları parlamentin iclasını tüstü bombaları ilə pozublar. Deputatlar hökumət əleyhinə etiraz aksiyalarında polisin güc tətbiq etməsinə etiraz edərək Baş nazir Edi Ramanın istefasını tələb ediblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə  “Euronews” məlumat yayıb.

Məlumata görə, Demokrat Partiyasının deputatları parlamentdə tüstü bombaları partladıb, polis müdaxiləsi zamanı yaralandığı iddia edilən etirazçıların fotolarını nümayiş etdiriblər. Müxalifət nümayəndələri bu addımla hökumətin və polisin hərəkətlərinə etirazlarını bildiriblər.

Deputatlar parlamentin kürsüsünü tutaraq iclasın normal keçirilməsinə mane olublar.

Müxalifət polisi Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməkdə ittiham edib.

Hadisə Albaniyada hökumətlə müxalifət arasında siyasi qarşıdurmanın daha da kəskinləşdiyini göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki