image-1backend

Aleksandr Lukaşenko:”Bu müharibə nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara fayda verəcək”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna müharibəsini dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb.

“Rossiya-1” telekanalında Yevgeni Popova müsahibəsində Lukaşenko deyib: “Gəlin, danışıqlar masasına oturaq və bu mübarizəni bitirək. Bu müharibə nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara fayda verəcək. Münaqişənin uzadılması Qərb siyasətçilərinin marağındadır. Bu müharibə onların xeyrinədir. Bəzi qapalı məkanlarda yüksək səviyyədə açıq şəkildə “Qoy bir-birini öldürsünlər ukraynalılar, ruslar, eyni qazanda ölsünlər” deyə. Bu normaldırmı? Onlar bizim bir-birimizi yox etməyimizi istəyirlər”.

Aparıcının “Hansı vəziyyətdə Belarus dövləti öz ərazisində nüvə silahının yerləşdirilməsini qəbul edəcək?” sualına Aleksandr Lukaşenko belə cavab verib: “Düşmən ittifaq dövlətinin – Rusiya Federasiyası və Belarusun sərhədini keçərsə, Belarus nüvə silahından istifadə edəcək. Heç bir qırmızı xətt olmayacaq, dərhal cavab veriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki