image-111backend

Aleksandr Sirski: ”Baxmut cəbhəsində gərgin döyüşlər gedir”

image-reklam_sirab_01

Ukrayna Quru Qoşunları komandanı Aleksandr Sirski bildirib ki, Rusiya qoşunları Baxmut cəbhəsinin bəzi bölgələrində 2 kilometr geri çəkilib.

Vətəninfo.az xəbər verir ki, rəsmi internet səhifəsində paylaşım edən Aleksandr Sirski Ukrayna əsgərlərinin Baxmut istiqamətində apardığı müdafiə əməliyyatlarının nəticələri haqqında məlumat verib.

Bu istiqamətdə güclü əks-hücum həyata keçirdiklərini bildirən Aleksandr Sırski deyib: “Cəbhənin bəzi bölgələrində düşmən qoşunlarının Ukrayna əsgərlərinin təzyiqinə dözməyib 2 kilometr geri çəkildiyini müşahidə edirik”.

Rusiyanın mayın 9-na kimi Baxmuta nəzarəti ələ keçirəcəkləri barədə açıqlamalarına baxmayaraq bunun baş vermədiyinə diqqət çəkən Aleksandr Sirski deyib: “Ukrayna müdafiə qüvvələri cəbhəni etibarlı şəkildə qoruyur və düşmənin irəliləməsinə imkan vermir. Baxmut uğrunda mübarizə davam edir”.

Digər tərəfdən, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer Rusiyanın Ukraynada İkinci Dünya Müharibəsi dövründən qalma silahlardan istifadə etməyə başladığını, Ukrayna tərəfinin Qərbin verdiyi dəstəklə keyfiyyətə önəm verəcəyini bildirib.

Rob Bauer Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO-ya üzv ölkələrin Baş Qərargahlarının iclasına sədrlik edib. Rob Bauer iclasdan sonra verdiyi açıqlamada Ukraynadakı son vəziyyəti qiymətləndirib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Avro-Atlantika təhlükəsizliyinə böyük təhdiddir. Rəsmi Moskva bunun üç günlük müharibə olacağını gözləyirdi, lakin indi 15-ci ayına qədəm qoyur. Əslində biz rusların çox köhnə silahlardan, çox köhnə imkanlardan istifadə etməyə başladığını görürük. Artıq biz döyüş meydanında T-54 tanklarını görürük”,-deyə Rob Bauer qeyd edib.

NATO Hərbi Komitəsinin sədri Rob Bauer deyib ki, Rusiyanın Ukraynadakı müharibəni sona çatdırmaq niyyəti yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki