image-1backend

Aleksandr Sirski: ”Rusiyanın 1000 kvadrat kilometr ərazisi Ukrayna ordusunun nəzarətinə keçdi”

image-reklam_sirab_01

Rusiyanın təxminən 1000 kvadrat kilometr ərazisi Ukrayna ordusunun nəzarətinə keçdi.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski rəsmi internet səhifəsində paylaşım edib.

Rusiya tərəfi ötən ay Donetsk vilayətinin 19 yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlamışdı.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələrə yer verilmişdi: “İvanovka, Sergeyevka, Makeyevka, Kirovo, Artyomovo və Jelannoye yaşayış məntəqələrinin Ukrayna əsgərlərindən təmizlənməsi prosesi başa çatmaq üzrədir. Donetsk Xalq Respublikasının 19 yaşayış məntəqəsi Mərkəzi Ordu tərəfindən azad edilib”.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi 2022-ci ilin fevralından etibarən davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki