image-image_750x_648bf44eb7632backend

Aleksey Overçuk:” Bakı və İrəvanla daimi əlaqə saxlayırıq”

image-reklam_sirab_01

Moskva demək olar ki, hər gün İrəvan və Bakı ilə Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin açılması mövzusunda əlaqə saxlayır. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində RİA Novosti ilə söhbətində deyib.
“Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycan və Ermənistan baş nazir müavinləri arasında kommunikasiya və dialoq platforması təmin edir”, – deyən Rusiya baş nazirinin müavini Moskvanın Ermənistan və Azərbaycanla daim təmasda olduğunu bildirib.

Xatırladaq ki, iyunun 2-də Moskvada Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın, Rusiya baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilib. Görüşdən sonra Overçuk bildirib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı dialoqda əhəmiyyətli irəliləyiş var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image