Alen Delonun sərvətini kimə vəsiyyət etdiyi məlum olub
Fransız kinosunun əfsanəsi Alen Delon sərvətini övladlarına vəsiyyət edib.
Vətəninfo.az-ın “Le Figaro”ya istinadən verdiyi məlumata görə , dünya şöhrətli aktyor dörd səhifədə mülkün oğulları Entoni və Alen-Fabien və qızı Anuşka arasında necə bölüşdürülməli olduğunu təsvir edib. 33 yaşlı Anuşka ən böyük mirasın – 50 faizini, oğulları isə digər yarısını bölüşdürərək hər biri 25 faiz alacaq.
Alain Fabien Maurice Marsel Delon 8 noyabr 1935-ci ildə anadan olub. Bir aktyor kimi o, çox tez məşhurlaşdı. Artıq 23 yaşında onu Cerard Filip və Jan Marais kimi fransız aktyorları, həmçinin amerikalı aktyor Ceyms Dinlə müqayisə edirdilər. Aktyor ekranda sərt obrazı ilə tanınan fransız kinosunun Qızıl dövrünün ulduzu idi.
Ümumilikdə o, karyerası ərzində 90-dan çox filmdə rol alıb.
Bu il avqustun 18-də Fransa kinosunun əfsanəsi Alen Delonun səksən səkkiz yaşında vəfat etdiyi məlum olub.