Almaniya ABŞ-ın təşkilatdan çıxmasından sonra Ümumdünya Səhiyyə Təşkilatına əlavə 2 milyon avro ayırmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Karl Lauterbax məlumat verib. Məlumata görə, almaniyalı nazir bildirib ki, ABŞ-ın ÜST-dən çıxması təkcə təşkilatın maliyyə sabitliyini deyil, həm də qlobal səhiyyə sistemində çoxtərəfli əməkdaşlığı təhdid edir.
Bu arada, Lauterbaxın sözlərinə görə, ÜST qlobal sağlamlıq vəziyyətinin monitorinqi, pandemiyaların qarşısının alınması, xəstəliklərlə mübarizə və səhiyyə xidmətlərinə ədalətli və əlverişli çıxışın təmin edilməsi üçün lazımdır. 2024-cü ilə qədər ABŞ ÜST-nin ən böyük maliyyəçisi olub və hər il 3,4 milyard dollar və ya ÜST büdcəsinin 18 faizini təşkil edib.