Almaniya ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 50 milyard dollar yardım göstərmək üçün istifadə edilməsi təklifini dəstəkləməyə hazırdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır.
ABŞ və Avropa rəsmiləri bildiriblər ki, ABŞ-ın təklifi G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin mayın 23-də İtaliyanın Stresa şəhərində keçiriləcək görüşündə mərkəzi olacaq.